ABŞ Türkiyəyə qarşı sanksiyalar tətbiq edir – ŞOK İDDİA
Bizi izləyin

Dünya

ABŞ Türkiyəyə qarşı sanksiyalar tətbiq edir – ŞOK İDDİA

ABŞ Türkiyəni Rusiyadan “S-400” zenit-raket komplekslərinin alınmasından imtina etməyə çağırıb, əks təqdirdə Ankara barəsində sanksiyalar tətbiq edilə bilər.

Publika.az xəbər verir ki, bu haqda Vaşinqtondakı mənbəyə istinadən “Habertürk” nəşri bildirib.

Qəzetin həmsöhbətinin sözlərinə görə, ABŞ-da yaranmış vəziyyətə görə narahatlığı ifadə edirlər. Bildirilir ki, Türkiyənin sözügedən kompleksləri alması NATO-nun operativ uyğunluğuna təsir edə bilər. Bu baxımdan, Ankaraya qarşı məhdudlaşdırıcı ölçülərin daxil edilməsi istisna olunmur.

Amerika məmuru qeyd edib ki, ABŞ ən yaxşı alternativlər tapmaq və hava hücumuna qarşı müdafiə ehtiyacını təmin etmək üçün Türkiyəyə kömək etmək istəyir.

Xatırladaq ki, “S-400” zenit-raket komplekslərinin çatdırılması üzrə müqavilə Rusiya və Türkiyə arasında 2017-ci ilin dekabrında imzalanıb.

Qeyd edək ki, “S-400” ən yeni böyük mənzilli zenit-raket kompleksidir. Kompleks 400 kilometrə qədər uzaqlıqda aerodinamik hədəfləri və 60 kilometrə qədər uzaqlıqda taktik ballistik hədəfləri və həmçinin 4,8 km/san-a qədər sürətlə uçan qanadlı raketləri, taktik və strateji aviasiyanın təyyarələrini, ballistik raketlərin manevr edən döyüş başlıqlarını vura bilir.

Erkən aşkar etmə radarı 600 kilometrə qədər məsafərə hədəfi aşkar edir. Raketlər 5 metrdən başlayan hündürlükdə aşağıdan uçan hədəfləri vura bilər. Müqayisə üçün deyək ki, “Patriot” yalnız ən azı 100 metr hündürlükdə hədəfləri vura bilir. Zenit-raket sistemi ilə 30 kilometrə qədər hündürlükdə olan hədəfləri məhv etmək mümkündür. Raketlərin bir neçə tipindən istifadə mümkündür, bu isə eşelonlaşdırılmış müdafiə qurmağa imkan verir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm