Türkiyə Fransanın Afrin yalanını ÜZƏ ÇIXARTDI
Bizi izləyin

Dünya

Türkiyə Fransanın Afrin yalanını ÜZƏ ÇIXARTDI

"Fransa mətbuatı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Emmanuel Makronun telefon söhbəti zamanı Afrin məsələsi haqqında fikirlərini təhrif ediblər".

Publika.az xəbər verir ki, bu sözləri Türkiyənin Xarici İşlər Nazirliyinin sözçüsü Hami Aksoy jurnalistlərə açıqlamasında bildirib. Fransa prezidentinin ofisindən yayılan bəyanatda Türkiyə prezidenti ilə telefon söhbəti zamanı Makronun Suriyadakı insanların, xüsusilə Afrin sakinlərinin vəziyyətinə dair fikirlər səsləndirildiyi qeyd olunub.

Türkiyə sözçüsü isə bu bəyanatın əksinə, çıxışında Fransa liderinin söhbət zamanı Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının 2401 saylı qərarından bəhs edərkən Afrini qeyd etmədiyini dilə gətirib.

"Bu isə olduqca ciddi məsələdir. Prezidentlər arasında dünən baş tutan telefon danışıqlarında Fransa tərəfinin açıqlaması dürüst deyil. Həqiqətləri təhrif ediblər. Telefon danışıqlarının qeydiyyatı olduğu təqdirdə ictimaiyyətə yalan məlumat vermək düzgün deyil. Biz də buna öz münasibətimizi bildirdik", - deyə Hami Aksoy əlavə edib.

Könül Cəfərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm