Şimali Koreya ilə bağlı ŞOK İDDİA: Suriyanı...
Bizi izləyin

Dünya

Şimali Koreya ilə bağlı ŞOK İDDİA: Suriyanı...

Şimali Koreya Suriyaya kimyəvi silah istehsalında istifadə olunacaq materiallar göndərib.

Publika.az xəbər verir ki, bu iddia “Nyu York Tayms” qəzeti tərəfindən Birləşmiş Millətlər Təşkilatı Sanksiya Komitəsinin hələ ki, yayımlanmayan sənədlərinə istinadən ortaya atılıb.

Xəbərdə ötən ilin yanvar ayında kimyəvi silah fabriklərində istifadə edilən materialları daşıyan iki gəminin Şama gedərkən yolda saxlanıldığı qeyd edilib. Həmçinin Şimali koreyalı raket mütəxəssislərinin Suriyadakı fabriklərdə işlədildiyi bildirilib. İki ölkə arasındakı bu nüvə alış-verişi Suriyanın kimyəvi silaha sahib olmaq arzusuna, Şimali Koreyanın isə nüvə raketi proqramları üçün nəğd pula ehtiyacı olduğuna işarə edir.

Şimali Koreyanın satdığı materiallar 2012-2017-ci illərdə Suriyada hərbi və mülki məqsədlər üçün istifadə edilən, qadağan olunmuş ballistik raket və materialların bir parçasıdır.

BMT-nin baş katibinin sözçüsü Stefan Duyarrik jurnalistlərin bu iddia ilə bağlı verdiyi suallarına cavab olaraq sənədləri hələ ki, görmədiyini bildirib. O, bütün ölkələrin BMT-nin Təhlükəsizlik Şurasının sanksiyalarına uyğunlaşmaq məcburiyyətinin olduğunu dilə gətirib.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm