“İki Suriya” və 5 HƏDƏF - ABŞ-ın yekun planı BƏLLİ OLDU
Bizi izləyin

Dünya

“İki Suriya” və 5 HƏDƏF - ABŞ-ın yekun planı BƏLLİ OLDU

Yeddi ildir qanlı qarşıdurmaların davam etdiyi Suriyada proseslərin bundan sonra hansı istiqamətdə inkişaf edəcəyi aydın olmağa başlayıb.

Publika.az Türkiyənin “Habertürk” nəşrinə istinadən xəbər verir ki, Amerikanın döyüş təyyarələrinin Fərat çayının qərbindən şərqinə keçməyə çalışan Rusiya gücləri və Suriya hökumətinə bağlı qüvvələri vurmasından sonra Fəratın şərqi ilə qərbi arasında “iki Suriya” yaradacaq “qırmızı xətt” faktiki olaraq çəkilmiş olub.

Qarşıdakı dövrdə Suriyadakı vəziyyətin daha da çətinləşəcəyi proqnozlaşdırılır. Məlumata görə, ABŞ 7 həftə əvvəl “Suriya Qrupu”ndakı müttəfiqlərini Suriyadakı növbəti hədəflərlə bağlı məlumatlandırıb. Hədəflərin Suriyanın şərqini qalan hissəsindən ayrılması, Ağ Evin bölgədə əməkdaşlıq etdiyi güclərə 4 milyard dollarlıq büdcə təsis edilməsi, “Suriya Demokratik Gücləri”nin də daxil edildiyi sərhəd mühafizəsi güclərinə təlim verilməsi və Suriya ordusunun buraya qayıdışına maneə olacaq müxalifətin yaradılması olduğu bildirilib.

ABŞ-ın keçdiyimiz günlərdə Suriya ilə bağlı gizli bir toplantı keçirdiyi deyilir. Toplantıda ABŞ, İngiltərə və Fransanın nümayəndələri ilə yanaşı, Yaxın Şərqdə Vaşinqtonun iki əhəmiyyətli partnyoru olan Səudiyyə Ərəbistanı və İordaniyanın təmsilçiləri də iştirak edirdi.

Bu sirli görüşün nəticəsinə görə, üzərində çalışılması planlaşdırılan 5 hədəfin olduğu bildirilir: Suriyanı bölmək, Soçi prosesini (Türkiyə, Rusiya və İran iştirak edir – red.) baltalamaq, Türkiyəni prosesdən geri çəkmək, BMT baş katibinin Suriya üzrə xüsusi səfiri Staffan de Misturaya Cenevrə prosesini yenidən canlandırılması barədə təlimatı vermək və Suriya münaqişəsinin həll ilə əlaqəli olacaq səkkiz maddəlik sənədin icrasına başlamaq.

“Habertürk”ün yazdığına görə, indiki mənzərə Suriyanın bölünməsi ssenarisində BMT-nin də böyük rol oynayacağını göstərir. Əsas prioritet Cenevrə prosesinin gücləndirilməsi olacaq. Hətta amerikalıların müttəfiqlərinə artıq Astana formatında keçirilən görüşlərdə iştirak etməyəcəklərini bildirib.

Bundan başqa, Bəşər Əsədin prezident seçkilərinin qazana bilməməsi üçün seçki şərtlərinin hazırlanması da ABŞ-ın planlarına daxildir. Rusların Əsəddən imtinasına razı salmaq üçün Rusiyada martın 18-də keçiriləcək prezident seçkilərindən faydalanmağa çalışacaqlar.

Bundan başqa, Rusiyaya təzyiq göstərilməsi üçün 3 səhifəlik bir planın hazırlandığı bildirilir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm