ABŞ və Rusiyanın qorxduğu başına gəldi – RƏSMƏN AÇIQLADILAR
Bizi izləyin

Dünya

ABŞ və Rusiyanın qorxduğu başına gəldi – RƏSMƏN AÇIQLADILAR

Çin nüvə yanacaqlı təyyarədaşıyan gəmini inşa etmək üçün lazımı texnologiyanın inkişaf prosesini sürətləndirdiyini açıqlayıb.

Publika.az xəbər verir ki, bu haqda Çin Kommunist Partiyasının rəsmi orqanlarından “Global Times” qəzeti “China shipbuilding Industry Corporation” (CSIC) müdafiə sənayesi şirkətinə istinad edərək yazıb.

Xəbərə görə, CSIC nüvə yanacaqlı təyyarədaşıyan gəmisi, yeni tipli nüvə dənizaltısı və kəşfiyyat dəniz vasitələrində tətbiq olunacaq texnologiyaların inkişaf prosesini sürətləndirib.

Ekspertlərə görə, Çinin müdafiə sənayesi sahəsində əldə etdiyi uğurlar Rusiya və ABŞ tərəfindən narahatlıqla izlənilir. Təsadüfi deyil ki, ABŞ İran və Rusiya ilə yanaşı, Çini də Vaşinqton üçün əsas təhdidlər adlandırıb. Rusiya isə, hər nə qədər Çinlə hərbi əməkdaşlığa müsbət yanaşsa da, mütəxəssislər hesab edir ki, bu ölkənin müdafiə sənayesi yaxın gələcəkdə dünyanın silah bazarında Rusiya üçün ən ciddi rəqiblərdən biri olacaq.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm