Putin: “Bu, dünyada güc balansını saxlayacaq”
Bizi izləyin

Dünya

Putin: “Bu, dünyada güc balansını saxlayacaq”

“Rusiya Silahlı Qüvvələrinin imkanlarının nümayişi istənilən təcavüzkarı ayıldacaq”.

Publika.az TASS agentliyinə istinadən xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Federasiya Şurasına illik müraciətində bildirib.

“Vurğulamağı vacib hesab edirəm ki, Rusiyanın artan hərbi gücü bizim planetimizdə sülhün etibarlı zəmanətidir. Bu güc dünyada strateji tarazlığı və güc balansını saxlayacaq”, - Putin deyib.

Dövlət başçısı vurğulayıb ki, Moskva heç kəsi hədələmir: “Bizdə hücumlarda bu potensialdan istifadənin planı yoxdur”.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm