Ölümcül zərbə üçün ƏMR GÖZLƏYİRLƏR - “Mehmetcik” şəhər döyüşlərinə BAŞLAYIR
Bizi izləyin

Dünya

Ölümcül zərbə üçün ƏMR GÖZLƏYİRLƏR - “Mehmetcik” şəhər döyüşlərinə BAŞLAYIR

Yanvarın 20-də Türkiyə Silahlı Qüvvələri və Azad Suriya Ordusunun (ASO) Suriyanın Afrin bölgəsində başladığı “Zeytin budağı” əməliyyatının birinci mərhələsi 120 kilometrlik Azez-Deyr Ballut xəttinin PKK/PYD terrorçularından təmizlənməsi ilə başa çatdı.

Publika.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, əməliyyat çərçivəsində bu günə qədər bölgənin 25 faizi terrorçulardan təmizlənib.

Raco, Şeyx Əl-Hadid və Cinderesi cənub, cənubi-şərq və qərbdən mühasirəyə alan birliklərin Afrinin mərkəzinə 1-1,5 kilometr uzaqlıqda olduğu bildirilir. Raco və Cinderesin mühasirəyə alınmasından sonra əməliyyatın ikinci mərhələsi – şəhər döyüşlərinin başladılması planlaşdırılır. Əməliyyatın gedişatında dinc sakinlərin zərər görməməsi üçün birliklər addım-addım irəliləyəcəklər.

Şəhər döyüşlərində peşəkar olan Jandarma Xüsusi Hərəkat və Polis Xüsusi Hərəkat birlikləri Afrinə göndərilib. Türkiyə Silahlı Qüvvələri Afrin sərhədləri daxilində 4 hərbi baza qurub. Əməliyyatda Jandarma Xüsusi Hərəkat və Polis Xüsusi Hərəkat birlikləri ilə yanaşı, xüsusi təyinatlılar – “bordo berelilər” də iştirak edirlər.

Əməliyyatda sərhədin Türkiyə tərəfində yerləşdirilən top və raket batareyalarının bir hissəsi Afrinin içərilərinə yeridilib. Şəhər döyüşləri üçün bölgəyə 7 min nəfərlik Türkiyə Silahlı Qüvvələri və ASO birliklərindən təşkil edilən yeni qüvvə göndərilib. Döyüş təyyarələri fevralın 25-dən bu yana əməliyyatın ikinci mərhələsi çərçivəsində terrorçuların silah anbarları, təchizat xətləri və mərkəzi qərargahlarına aviazərbələr endirir.

Birliklər Afrində terror təşkilatına son zərbəni vurmaq üçün hücum əmrini gözləyirlər.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm