Ermənistanın yeni prezidenti MƏLUM OLDU - VİDEO (YENİLƏNDİ)
Bizi izləyin

Dünya

Ermənistanın yeni prezidenti MƏLUM OLDU - VİDEO (YENİLƏNDİ)

Ermənistanda prezident seçkilərinin nəticələri məlum oldu. Səsvermənin nəticələrinə görə, Armen Sarkisyan Ermənistanın yeni prezidenti seçilib.

"Sarkisyana 90 deputat səs verib, 10-u onun namizədliyinə qarşı çıxıb. Beləliklə, o, Ermənistan prezidenti seçildi. Səsvermədə 101 deputat iştirak edib. Bir bülleten etibarsız tanınıb", - qanunverici orqanının hesablama komissiyasının başçısı Qaqik Melikyan plenar iclasın gedişatında bildirib.

***

Ermənistan parlamentində prezidentin seçilməsi ilə bağlı səsvermə başa çatıb.

Publika.az Ermənistan KİV-inə istinadən xəbər verir ki, səsvermədə parlamentin 100-dən çox deputatı iştirak edib.

Tək namizəd Ermənistanın Böyük Britaniyadakı səfiri Armen Sarkisyandır. Onun namizədliyi hakim Respublikaçılar Partiyasının adından indiki dövlət başçısı Serj Sarkisyan tərəfindən təklif edilmişdi. Rəsmi olaraq isə Armen Sarkiyanın namizədliyi Respublika Partiyası və “Daşnaksütyun” Partiyasının parlament fraksiyalarının 65 deputatı tərəfindən irəli sürülüb.

Prezidentin seçilməsi üçün səslərin dörddə üçün və deputatların 79 səsi lazımdır. Lakin hakim fraksiya onu dəstəkləyən “Daşnaksütyun” ilə birlikdə 65 səs malikdir. Armen Sarkisyanın qələbəsi üçün daha 14 səs lazımdır. Bu dəstəyi parlamentdə sayca ikinci “Tsarukyan” fraksiyası təmin edə bilər. Parlamentdə 31 deputatla təmsil olunan “Tsarukyan” Armen Sarkisyanın namizədliyini dəstəkləyəcəyinə söz vermişdi.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm