Dünya
İşğal olunmuş ərazilərə nəzarəti BMT-yə vermək və... - ABŞ torpaqların qaytarılması SSENARİSİNİ AÇIQLADI
Beynəlxalq sülhməramlıların yerləşdirilməsindən sonra Donetsk və Luqansk vilayətlərinin Kiyevin nəzarətində olmayan rayonlarında yerli seçkilərə hazırlıq üçün 6 ay lazım ola bilər.
Publika.az UNİAN agentliyinə istinadən xəbər verir ki, bu haqda “Hudson Institute” analitik mərkəzində ABŞ Dövlət Departamentinin Ukrayna üzrə xüsusi nümayəndəsi Kurt Volker bildirib.
Həmçinin o, qeyd edib ki, sülh missiyasının tətbiqi Donbasda nəzarətin əvvəlcə BMT, daha sonra Ukraynaya ötürülməsinə kömək etməlidir. Amerikalı diplomat Donetsk və Luqansk vilayətlərinin Kiyevin əlində olmayan rayonlar üzərində nəzarətin BMT-yə ötürülməsini aralıq mərhələ adlandırıb.
“Bu müddətdə yerli seçkilər keçiriləcək, təhlükəsizlik təmin ediləcək, amnistiya olacaq və xüsusi status möhkəmləndiriləcək. Daha sonra isə bu rayonlar Ukraynanın nəzarətinə keçəcək”, - Volker əlavə edib.
Diplomat vurğulayıb ki, Ukrayna regiona xüsusi statusun verilməsi üzrə artıq müvafiq addımları həyata keçirir. ABŞ-ın xüsusi nümayəndəsi qeyd edib ki, Rusiyadan da müvafiq addımları gözləyirlər.
“Siz gördünüz ki, Ali Rada artıq qanunvericiliyi qəbul edib. Burada Donbasa xüsusi status təklif edilir. Onlar həmçinin amnistiya üzrə qanunvericiliyi bəyəniblər və sənəd imzalanmaq üçün prezident masasındadır. Amma atəşin dayandırılması, ağır silahların təmas xəttindən aparılması və təhlükəsizlik yoxdur. Buna görə də prosesdə irəliləmək üçün Rusiya tərəfdən də ikitərəfli addımları görməyə ümid edirik”, - o söyləyib.
Ömər Dağlı
-
İdman22:04
"Qarabağ" finalda!
-
Hadisə21:49
Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar etdi
-
Magazin121:05
O getdi, mən də daha yoxam! - Əməkdar artist səhnə ilə vidalaşdı
-
Sosial19:35
Özünü öldürən sabiq pediatrın iş yoldaşı DANIŞDI: “Ailə məsələsi deyil..."
-
ABŞ19:25
Bayden Ukraynaya hərbi yardım haqqında qanunu İMZALADI
-
Rəsmi xronika18:40
Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - FOTO/YENİLƏNDİ
-
Hadisə18:33
Bakı hava limanında həyəcan siqnalı: Təyyarə qəza enişi etdi - FOTO
-
Sağlamlıq17:27
Yapon alimləri xərçənglə mübarizə üçün unikal vasitə hazırladı