Ağ Evin yaxınlığında özünə atəş açan şəxs öldü - YENİLƏNDİ
Bizi izləyin

Dünya

Ağ Evin yaxınlığında özünə atəş açan şəxs öldü - YENİLƏNDİ

Ağ Ev yaxınlığında özünə tapançadan atəş açmış şəxs ölüb.

Publika.az xəbər verir ki, o, Ağ evin şimal hasarı yaxınlığında özünü güllələyib. Hadisə zamanı ondan başqa heç kim xəsarət almayıb.

ABŞ prezidenti Donald Tramp həmin vaxt iqamətgahda olmayıb. Onun xanımı ilə birlikdə Floridada olduğu bildirilir.

***

ABŞ-da Ağ ev yaxınlığında silahlı insident olub.

Publika.az xəbər verir ki, bu barədə ABŞ-ın Məxfi Xidmətinin "Tvitter" hesabında yazılıb.

Məlumata görə, naməlum şəxs Ağ ev yaxınlığında odlu silahla özünü yaralayıb.

Hazırda yaralı həkim nəzarətindədir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm