• USD 1,7000 0,00% EUR 1,9423 -0,28%
    • GBP 2,2312 -0,03% RUB 0,0257 0,00%

Putini aldatdılar, ABŞ isə güldü… - Raket nümayişi

  • Dünya
  • 4 Mart 2018 17:48
  • 1 153 Baxış
Putini aldatdılar, ABŞ isə güldü… - Raket nümayişi

Rusiya Prezidenti Vladimir Putin Federal Məclisdəki çıxışının birinci hissəsində həyatın yaxşılaşacağından danışdı. O da, onu dinləməyə yığışan elita da yalan dediyini bilirdi.

Axar.az xəbər verir ki, bunu "Apostrof" saytına müsahibəsində rusiyalı politoloq Andrey Piontkovski söyləyib.

"Bir neçə ay öncə Putinin elədiyini başqa bir prezident etsəydi, istefaya gedərdi. O, planşetində amerikalı rejissor Oliver Stouna kosmik qüvvələrinin Suriyada terrorçuları necə məhv etdiyini göstərirdi. Sonradan bəlli oldu ki, bu, Baş Qərargahın ona sırınan kompüter oyunu olub. Eyni formada ona "Sarmat" raketləri sırınıb və o da buna inanıb. Vaşinqtonun Putinin şantajına cavabı daha aydın idi. Onlar da dedilər ki, Rusiyanın layihələri barədə Putindən daha yaxşı məlumatlıdırlar. Kreml əmin idi ki, Qərb onların raketindən qorxacaq, amma bu, Qərbdə sadəcə gülüş yaratdı.

Putin öz çıxışıyla həm də amerikalılara demək istəyirdi ki, mənim Ukraynadakı haqqımı tanıyın. ABŞ isə buna “Javelin” komplekslərini Ukraynaya satmaqla cavab verdi. Yəni Putin amerikalıları qorxutmaq istəyirdi ki, Ukraynanı ona vesinlər, amma bu planı alınmadı”, - deyə o bildirib.

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR