"Qara qutu" tapıldı
Bizi izləyin

Dünya

"Qara qutu" tapıldı

İran Mülki Aviasiya Təşkilatının nümayəndəsi Reza Cəfərzadə fevralın 18-də qəzaya uğrayan “Aseman Airlines” aviaşirkətinə məxsus, Tehran-Yasuc marşrutu üzrə uçan “ATR-72” tipli sərnişin təyyarəsinin "qara qutu"sunun tapıldığını təsdiqləyib.

APA-nın verdiyi məlumata görə, R. Cəfərzadə martın 3-də axtarış briqadasının İranın cənub-qərbində, təyyarənin qəzaya uğradığı Dena dağında qəzaya uğrayan təyyarənin "qara qutu"sunu aşkarladığını bildirib.

Qeyd edək ki, İranın “Aseman Airlines” aviaşirkətinə məxsus, Tehran-Yasuc marşrutu üzrə uçan “ATR-72” tipli sərnişin təyyarəsi fevralın 18-də İsfahan əyalətində qəzaya uğrayıb. Qəza nəticəsində 66 nəfər ölüb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm