• USD 1,7000 0,00% EUR 1,9423 -0,28%
    • GBP 2,2312 -0,03% RUB 0,0257 0,00%

Ankara qan gölünə çevriləcəkdi - ABŞ kəşfiyyatından XƏBƏRDARLIQ - VİDEO

  • Dünya
  • 5 Mart 2018 10:40
  • 3 341 Baxış
Ankara qan gölünə çevriləcəkdi - ABŞ kəşfiyyatından XƏBƏRDARLIQ - VİDEO

ABŞ-ın Türkiyədəki səfirliyinin terror xəbərdarlığından sonra Ankarada İŞİD terror təşkilatına qarşı əməliyyat başlayıb.

Publika.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, əməliyyat çərçivəsində 20 şübhəlinin saxlanılması barədə qərar verilib.

Ankara Təhlükəsizlik Müdirliyinin terrorla mübarizə şöbəsi tərəfindən aparılan əməliyyatın gedişatında indiyə kimi 12 şübhəli saxlanılıb. Əməliyyatlar davam edir.

Qeyd edək ki, ABŞ-ın Ankaradakı səfirliyi martın 5-də fəaliyyətini dayandırıb. Bu addımın təhlükəsizlik məqsədi ilə atıldığı bildirilib.

“Ankaradakı səfirlik ABŞ vətəndaşlarını martın 5-də təhlükəsizlik təhdidləri ilə əlaqədar işləməyəcəyi barədə məlumatlandırır. Səfirlik fəaliyyətinin bərpa olunduğunu sonradan elan edəcək", - deyə bəyanatda qeyd edilib.

Ankara valiliyindən verilən açıqlamaya görə, Türkiyə kəşfiyyatı ABŞ səfirliyi və vətəndaşlarının qaldığı yerlərdə terror aktlarının törədilə biləcəyi barədə ABŞ-dakı mənbələrdən məlumat alıb.

Ömər

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR