Müharibə başlaya bilər - İsrail Rusiyadan ZƏMANƏT İSTƏDİ
Bizi izləyin

Dünya

Müharibə başlaya bilər - İsrail Rusiyadan ZƏMANƏT İSTƏDİ

İsrail Rusiya ilə İran bölmələrinin Colan təpələrinə yaxınlaşmayacağı barədə zəmanətləri müzakirə edir.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda İsrailin Xarici İşlər Nazirliyinin baş direktorunun müavini Aleksandr Ben-Svi bildirib.

O vurğulayıb ki, Moskva Suriyada şiə bölmələrinin mövcudluğuna dair İsrailin narahatlığını birmənalı anlayır. Ben-Svinin sözlərinə görə, bu məsələlər Rusiya-İsrail konsultasiyaları zamanı müzakirə edilir.

“İran mövzusunda Rusiya ilə fikir ayrılıqlarımız var, bu, sirr deyil, tamamilə aydındır. Bu vəziyyətdə bizim mövqeyimiz aydındır: biz dəfələrlə rusiyalı həmkarlarımıza bildirmişik ki, Suriyada İran, “Hizbullah” və şiə bölmələri olmayacağı halda, bu ölkədə siyasi nizama salınma prosesi reallaşacaq”, - diplomat əlavə edib.

Onun sözlərinə görə, İsrailin nöqteyi-nəzərindən, İranın Suriyada hərbi mövcudluğu vəziyyətin yalnız gərginləşməsinə gətirib çıxaracaq.

Qeyd edək ki, Təl-Əviv Suriyada İranın daimi hərbi mövcudluğunu qəbuledilməz adlandırır. İsrail diplomatiya işləməyəcəyi halda, buna güc vasitələri ilə mane olacağına söz verir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm