Krallıq qadınları yenə sevindirdi – Ölkə tarixində BİR İLK
Bizi izləyin

Dünya

Krallıq qadınları yenə sevindirdi – Ölkə tarixində BİR İLK

Səudiyyə Ərəbistanında qadınlar üçün marafon keçirlib.

Publika.az xəbər verir ki, bu haqda “Arabian Business” nəşri bildirib.

Nəşrin yazdığına görə, marafonda yüzlərlə qadın iştirak edib. Bu, ölkə tarixində qadınlar üçün keçirilən ilk marafondur. İdman tədbiri Əl-Axsa əyalətində keçirilib.

Qadınlar üçün növbəti belə marafonun Məkkədə aprelin 6-da keçirilməsi planlaşdırılır.

Qeyd edək ki, dünyanın ən mühafizəkar ölkələrindən olan Səudiyyə Ərəbistanında son zamanlar qadınların ictimai həyatda iştirakı sahəsində ciddi dəyişikliklər həyata keçirilir. Krallıqda qadınlar iyun ayından avtomobil sürə biləcəklər. Onlar həmçinin stadionlara getməyə və kütləvi əyləncə tədbirlərində iştirak etməyə başlayıblar. Ölkənin baş prokurorluğu ilk dəfə qadınları müstəntiq işinə cəlb etməyə başlayıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm