İkinci “Breksit” olacaq? – Tereza Mey CAVAB VERDİ
Bizi izləyin

Dünya

İkinci “Breksit” olacaq? – Tereza Mey CAVAB VERDİ

“Breksit” üzrə ikinci referendum olmayacaq”.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda Böyük Britaniyanın baş naziri Tereza Mey bildirib.

Onun sözlərinə görə, müxtəlif siyasi güclər, həmçinin, müxalif Leyboristlər Partiyası referendumun yenidən keçirilməsində təkid edirlər. Baş nazir qeyd edib ki, ölkənin indiki hökuməti geri çəkilməyə hazırlaşmır və Böyük Britaniyanın Avropa İttifaqından çıxışı məsələsində müvəffəqiyyət qazanmaq üçün bütün güclərini toplayıb.

Xatırladaq ki, 23 iyun 2016-cı ildə Böyük Britaniyada Avropa ittifaqından çıxmaqla bağlı referendum keçirilib.

London 2017-ci il martın 29-da Aİ-yə yazdığı məktubla qurumdan ayrılmağı nəzərdə tutan 50-ci maddədən istifadə edib. Sözügedən maddəyə əsasən, razılaşmanın olub-olmamasına baxmayaraq, Böyük Britaniya 2019-cu il 29 martında Avropa İttifaqından ayrılmalıdır.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm