Bu bölgənin sakinləri ölüm təhlükəsi ilə üz-üzədir
Bizi izləyin

Dünya

Bu bölgənin sakinləri ölüm təhlükəsi ilə üz-üzədir

Şərqi Gutada insanlar aclıqdan ölmək təhlükəsi ilə üz-üzədir.

Publika.az xəbər verir ki, bunu BMT Baş Katibinin Humanitar işlər üzrə köməkçisi Mark Lovkok Doha Yüksək Təhsil İndustriyası konfransında çıxışı zamanı deyib.

O, Əsəd rejiminin Şərqi Gutanı mühasirəyə alması səbəbiylə xalqın belə bir təhlükə qarşısında olduğunu deyib: “Uzun illər mühasirədə saxlanılan Şərqi Guta hava hücumları səbəbindən ən çox təsir görən bölgələr sırasınadır”.

Yəməndəki insanlıq dramına da toxunan Lovkok, bu ölkədəki humanitar böhranla mübarizə üçün hərbi əməliyyatların dayandırılmasını və Hudeydə kimi Qırmızı dəniz limanlarına əlçatanlığın vacib olduğunu vurğulayıb.

Müxaliflərin nəzarətində olan Şərqi Gutada 400 min nəfər 5 ildir mühasirədə yaşayır. Astana razılaşmasında “Gərginliyi Azaltma Bölgəsi” elan edilməsinə baxmayaraq, Əsəd rejimi ötən ilin aprel ayından etibarən bölgədəki mühasirəni daha da artırıb, son aylarda isə hücumlar şiddətlənib. Hadisələr nəticəsində çoxlu sayda uşaq və körpə aclıq və dərman çatışmazlığına görə ölüb.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm