Putin və Ərdoğan Suriyadakı vəziyyəti müzakirə etdi
Bizi izləyin

Dünya

Putin və Ərdoğan Suriyadakı vəziyyəti müzakirə etdi

Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyip Ərdoğan arasında telefon danışığı olub.

Publika.az “RİA Novosti”yə istinadən xəbər verir ki, prezidentlər Suriyanın Şərqi Quta bölgəsində yaranmış böhranı müzakirə ediblər.

Telefon danışığı zamanı R.T.Ərdoğan V.Putini Türkiyə ordusunun Suriyanın Afrin bölgəsində apardığı əməliyyat barədə məlumatlandırıb. Prezidentlər həmçinin ikitərəfli əlaqələri, habelə apreldə İstanbulda Suriyaya dair Rusiya-Türkiyə-İran sammitinin hazırlıq mərhələsini müzakirə ediblər.

Ərdoğan Suriyada 40-dək hərbçinin ölümü ilə nəticələnən “AN-26” hərbi təyyarəsinin qəzaya uğraması ilə bağlı Putinə başsağlığı verib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm