Çeçenistanda helikopter qəzaya uğradı - 6 ölü - (YENİLƏNDİ)
Bizi izləyin

Dünya

Çeçenistanda helikopter qəzaya uğradı - 6 ölü - (YENİLƏNDİ)

Çeçenistanda "Mi-8" helikopterinin qəzaya uğraması nəticəsində azı altı nəfər ölüb.

"Report" "İnterfaks"a istinadən xəbər verir ki, bu barədə hadisə baş verən Şatoy kəndində yaradılan qərargahdan bildiriblər.

"İlkin məlumatlara görə, qəza nəticəsində altı nəfər ölüb, bir nəfər də ağır yaralıdır. Helikopterin göyərtəsində, ümumilikdə, yeddi nəfər olub", - qərargahdan deyilib.

Respublikanın rəhbəri Ramzan Kadırov bildirib ki, helikopter Sərhəd Qoşunlarına məxsus olub və əlverişsiz hava şəraiti ilə əlaqədar dağlarda dar dərəyə düşüb: "Gələn məlumatlara görə, ölən və yaralananlar var. Onların sayı müəyyənləşdirilir".

***

Rusiyanın Çeçenistan Respublikasında xüsusi xidmət orqanlarına məxsus Mi-8 markalı helikopter qəzaya uğrayıb.

Qəza nəticəsində helikopterin göyərtəsində olan 9 nəfərdən 8 nəfər ölüb.

Hadisə Çeçenistanın İtum-Kalın rayonunda baş verib.

Qəzanın səbəbləri araşdırılır. (apa)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm