BMT-nin çağırışı kişiləri QƏZƏBLƏNDİRƏCƏK: "Ən vacib məsələmiz..." - VİDEO
Bizi izləyin

Dünya

BMT-nin çağırışı kişiləri QƏZƏBLƏNDİRƏCƏK: "Ən vacib məsələmiz..." - VİDEO

Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antonio Guterres 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə videomüraciət edib.

Publika.az xəbər verir ki, videoçarx Yutubda BMT-nin xəbərlər xidmətinin kanalında dərc edilib.

“Biz kişilərin üstün olduğu dünyada yaşayırıq. Bu, hökumətlərə, dövlət orqanlarına, özəl sektorlara, həm də beynəlxalq təşkilatlara, həmçinin BMT-yə aiddir. Beləliklə, hakimiyyət məsələsi gender bərabərliyinin əsas məsələsidir. Və buna görə də bizim ən vacib məsələmiz hakimiyyəti qadınlara verməkdir”, - o deyib.

Quttereş əlavə etdi ki, təşkilat böyük rəhbərlər qrupunda paritetə nail olub və bütün ölkələrdə BMT-nin menecerləri səviyyəsində buna nail olmaq niyyətindədir.

Ömər

Oxumağa davam et
Reklam
Reklam

Gündəm