Dünya
Putin qadınları şeirlə təbrik etdi: "Bizi fəth edən geyimləriniz deyil..."
Rusiya prezidenti Vladimir Putin 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə dünyadakı bütün qadınları təbrik edib.
Publika.az xəbər verir ki, prezident ölkənin “Rossiya 24” kanalında çıxış edərək qadınlara təbrik mesajı yollayıb:
“Bayramınızı ürəkdən təbrik edirəm. Yazın girişində qeyd etdiyimiz bu bayramda gülüşlər, çiçəklər və səmimi duyğularla dolu bahar ruhu hər yerdədir. Bütün bunlar sizin üçün, sevgili qadınlar. Sizə olan böyük hörmətimizi, gözəlliyinizə və incəliyinizə olan heyranlığımızı bir daha dilə gətirirəm. Sadəcə siz qadınlar həm işdə, həm ailədə rahatlıq yarada bilir, həm də uşaqlarla bağlı bütün işləri öz çiyinlərinizə götürüb onlara doğru bir örnək olma gücünə sahibsiniz”.
Prezident bu çıxışından sonra rusiyalı şair Andrey Dementyevin “Bilirəm, bütün qadınlar gözəldir” şeirini oxuyub.
“Bilirəm, bütün qadınlar gözəldir,
Həm nəfsi, həm ağlı ilə
Gülüşü ilə, evdə bayram varsa,
Sədaqəti ilə, hicran zamanında.
Bizi fəth edən isə
Nə geyimləri, nə də çöhrələrinin romalı kimi kənardan görünüşü.
Bizi fəth edən qadın ruhudur.
Gəncliyi…
Analığı…
Vaxtı gələndə də saçlarına düşən dənlər.
Hazır həyatda ikən onlara dua edəcəm.
Eşqi də bir başqa həyəcana dəyişəcəm.
Tanrı qadınları bizə möcüzə göndərmiş.
Dünyanı da bu gözəllərin əlinə təslim etmiş”.
Zümrüd
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...
-
Sosial12:25
Baş nazir təyin olunan Ceyhun Cəlilov kimdir? - Dosye
-
Əmlak11:55
Qərar verildi: Ev almaq istəyənlərə 55 min manat ödəniləcək
-
İdman11:25
Ulduzu sönən futbolçunun parlaq gözəli - FOTOLAR
-
Nida Xəbər 10:47
Ermənilər Azərbaycanın nəzarətinə keçəcək körpünü tutdular
-
ABŞ10:17
Arxeoloqlar ABŞ-ın ilk prezidentinin içki anbarını tapdılar: Görün nə içirmiş - FOTO