Düşmən qaçmağa yer axtaracaq - Müdafiə nazirindən düşməni vəlvələyə salacaq AÇIQLAMA
Bizi izləyin

Dünya

Düşmən qaçmağa yer axtaracaq - Müdafiə nazirindən düşməni vəlvələyə salacaq AÇIQLAMA

Türkiyə “Zeytun budağı” hərəkatı çərçivəsində terrorçulara qarşı mübarizə aparan Silahlı Qüvvələrə daha bir yerli istehsal silahı göndərəcək.

Publika.az xəbər verir ki, bu barədə Türkiyə müdafiə naziri Nurəddin Canikli məlumat açıqlayıb.

Nazir Maşın və Kimya Sənayesi tərəfindən istehsal edilən bir neçə lüləli raketatanların sınaqlarının uğurla keçirildiyini bildirib. O, yeni silahın bu ay içində “Zeytun budağı” hərəkatında istifadə ediləcəyini qeyd edib.

Türkiyənin yerli istehsalı olan raketatanların təsir gücü digərlərinə nisbətən 4 qat yüksəldilib.

Qeyd edək ki, müdafiə naziri daha öncə ASELSAN və SAGE şirkətləri tərəfindən istehsal edilən “Akkor Pulat” aktiv müdafiə sisteminin Afrinə göndəriləcəyini açıqlamışdı.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm