“Mehmetcik” daha bir ölkədə döyüşlərə başlayır - RƏSMİ
Bizi izləyin

Dünya

“Mehmetcik” daha bir ölkədə döyüşlərə başlayır - RƏSMİ

“Afrində həyata keçirilən “Zeytun budağı” əməliyyatı may ayına qədər bitəcək”.

Publika.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, bu haqda Türkiyənin Xarici İşlər Nazirliyinin başçısı Mövlud Çavuşoğlu bildirib.

Nazir bundan sonra İraqda PKK terror təşkilatına qarşı əməliyyatın keçiriləcəyini deyib.

“Əməliyyat İraqdakı seçkilərdən (2018-ci il mayın 12-də İraqda yerli və parlament seçkiləri keçiriləcək –red.) sonra birgə keçirilə bilər. Bağdad ilə razılaşma var”, - o vurğulayıb.

Xatırladaq ki, “Zeytun budağı” əməliyyatı yanvarın 2-də başlayıb. Məqsəd Afrini PKK/PYD/YPJ terror təşkilatından təmizləməkdir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm