BMT: Şərqi Qutada son 2 gündə 100-dən çox insan həlak olub
Bizi izləyin

Dünya

BMT: Şərqi Qutada son 2 gündə 100-dən çox insan həlak olub

Suriyanın paytaxtı Dəməşq yaxınlığındakı Şərqi Quta şəhərində son iki gündə 100-dən çox insan həlak olub.

Publika.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə BMT baş katibinin rəsmi nümayəndəsi Stefan Dyujarrik məlumat yayıb.

"Şərqi Qutada son 2 gündə 100-dən çox insanın həlak olduğu bildirilir. BMT Təhlükəsizlik Şurasının fevralın 24-də qəbul etdiyi, atəşkəs rejiminin tətbiq edilməsini tələb edən 2401 saylı qətnaməsinin qəbulundan sonra quru döyüşləri və hava zərbələri zamanı yüzlərlə insanın həlak olması, minlərlə yaralının olması barədə məlumatlar daxil olur" -, deyə o bildirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm