Tramp qərarını verdi: Rüsumlar azı 15 gün tətbiq edilməyəcək
Bizi izləyin

Dünya

Tramp qərarını verdi: Rüsumlar azı 15 gün tətbiq edilməyəcək

Ticarət tərəfdaşlarının reaksiyasını təhlil etmək məqsədi ilə ABŞ polad və alüminiuma dair idxal rüsumunu azı 15 gün tətbiq etməyəcək.

Bu barədə ABŞ presidenti Donald Tramp bildirib.

«Rüsumlar azı 15 gün tətbiq edilməyəcək. Biz baxacağıq, kimlər özünü bizimlə səmimi və ya qeyri-səmimi aparır. Xüsusən də, bu hərbi sahə ilə əlaqəli olacq - kimlər hesab üzrə ödənişlər edir və ya etmir. Biz Silahlı Qüvvələrimizin hesabına bir çox ölkəni maliyyələşdiririk», - deyə D.Tramp qeyd edib.

Qeyd edək ki, D.Tramp bundan əvvəl polad və alüminiumun idxalına müvafiq olaraq 25 və 10 faiz rüsum tətbiq ediləcəyini bəyan edib.

D.Tramp xarici istehsalçıları dempinqdə ittiham edərək qeyd olunan sahələrdə Amerika sənayesinin bu səbəbdən iflic vəziyyətə düşdüyünü bəyan edib. Onun sözlərinə görə, ABŞ-da bir il ərzində istehsal olunan polad Çində azı bir aya istehsal edilir "Vergi ödəmək istəmirsizsə fabriklərinizi ABŞ ərazisinə köçürün: Belə olacağı təqdirdə vergidən azad olunacaqsız", - deyə Tramp qeyd edib. (apa)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm