• USD 1,7000 0,00% EUR 1,9288 0,00%
    • GBP 2,2567 0,00% RUB 0,0264 0,00%

Velosipedə təpik atan gənc 2 aylıq körpənin ölümünə səbəb oldu

  • Dünya
  • 9 Mart 2018 12:02
  • 903 Baxış
Velosipedə təpik atan gənc 2 aylıq körpənin ölümünə səbəb oldu

Velosipedə təpik atan 19 yaşlı oğlan 2 aylıq körpənin ölümünə səbəb olub.

Publika.az xəbər verir ki, hadisə Türkiyənin Adana şəhərində baş verib. Belə ki, 2 ay əvvəl Suriyadan qaçaraq Adanaya qohumlarının yanına gələn Mənsur ailəsi ziyarətdən qayıdarkən bədbəxt hadisə nəticəsində 2 aylıq M.Əsma adlı qızını itirib. İçkili vəziyyətdə yol ilə gedən 5 nəfər gənc velosipedə təpik atıb. Müvazinətini itirən M.Zeynəb qucağında körpəsi ilə yerə yıxılıb.

Hadisəni törədənlərin kimliyini aşkarlamaq məqsədilə axtarışlara başlayan Adana polisi nəhayət təhlükəsizlik kameraları vasitəsilə şübhəli bilinən 5 nəfəri saxlayıb. Ailə onların həmin şəxslər olduğunu təsdiqləyib. Məlum olub ki, velosipedə təpik atan 19 yaşlı B.Əbdülkərim olub.

Polisə ifadəsində içkili olduğunu deyərək, törətdiyi əməli etiraf edib: "Çox içmişdik. Yoldan keçən velosipedə təpik atdım. Özümdə deyildim. Körpənin ağlamaq səsini eşidəndə qorxub qaçdıq".

Gənclər haqqında qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başladılıb.

Hadisə nəticəsində 2 aylıq körpə kəllə beynin travması alıb. Həkimlər 2 gün mübarizə aparsa da, körpənin həyatını xilas etmək mümkün olmayıb.

Könül Cəfərli

loading...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR
loading...