Qəddafinin yaxınlarının bank hesablarından milyardlarla avro yoxa çıxdı
Bizi izləyin

Dünya

Qəddafinin yaxınlarının bank hesablarından milyardlarla avro yoxa çıxdı

Liviyanın sabiq lideri Müəmmar Qəddafinin yaxınlarının dondurulmuş bank hesablarından milyardlarla avro oğurlanıb.

Publika.az xəbər verir ki, sabiq liderin yaxın qohumlarının "Euroclear" bankında hesabları olub. Məlumata görə, bankdakı hesablardan 2013-2017-ci illər ərzində nə az, nə çox, 10 milyard avroya yaxın məbləğ müəmmalı şəkildə yoxa çıxıb.

Məlumatda qeyd olunur ki, həmin hesablar 2011-ci ildə BMT-nin qərarı ilə dondurulmuşdu. Göstərilən illərdə hesablardan pul çıxarılması isə Belçika Maliyyə Nazirliyi ilə razılaşdırılmayıb.

Məsələ ilə bağlı Prokurorluqdan verilən məlumatda isə adıçəkilən bankda açıq olan 4 hesabda hazırda 5 milyard avronun olduğu bildirilib.

Ümumilikdə, oğurluqdan əvvəl hesablarda 16 milyard avroya yaxın vəsaitin olduğu iddia edilir.

Könül Cəfərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm