Dünya
Şəhər döyüşləri BAŞLAYIR – “Mehmetcik”i qələbəyə aparacaq 3 mərhələli PLANIN DETALLARI
Türkiyə Silahlı Qüvvələri və Azad Suriya Ordusunun (ASO) Suriyanın Afrin bölgəsində həyata keçirdiyi “Zeytun budağ”ı əməliyyatı 49-cu günündə müvəffəqiyyətlə davam edir. Martın 3-də Raco, 4-də Şeyx Hədid qəsəbələrini PKK/PYD terrorçularından təmizləyən Türkiyə Silahlı Qüvvələri və Azad Suriya Ordusunun (ASO) birlikləri dünən Cinderesin mərkəzinə daxil olub.
Publika.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, bununla da Afrin ətrafındakı mühasirə halqası daha da daralıb.
Afrinin cənubunda yerləşən Cinderes bölgənin ən böyük qəsəbəsidir və strateji əhəmiyyətə sahibdir. Məlumata görə, Cinderesin mərkəzində nəzarəti tamamilə ələ keçirmək istəyən Jandarma Xüsusi Hərəkat və Polis Xüsusi Hərəkat birlikləri ilə terrorçular arasında şiddətli döyüşlər gedir. Terror təşkilatının kritik nöqtələrə yerləşdirdiyi snayperlərin zərərsizləşdirildiyi bildirilir.
Bölgədən gələn xəbərlərə görə, əməliyyatın başlanmasından bu yana sayları 3-4 minə düşən Cinderesin dinc əhalisi məcburi şəkildə Afrinə aparılıb.
Əməliyyatın başlanmasından bu yana Türkiyə Silahlı Qüvvələri və ASO 160 yaşayış məntəqəsini ələ keçirib. Öldürülən terrorçuların sayı isə 3089-a çatıb.
Sonuncu ələ keçirilən Mazrea kəndindən Afrin şəhərinin mərkəzinə 5 kilometr qaldığı bildirilir. Türkiyə KİV-inin yazdığına görə, Türkiyə Silahlı Qüvvələri və ASO “Zeytun budağı” əməliyyatı çərçivəsində Afrinin mərkəzinə üçmərhələli planla irəliləyir. Şimal, qərb və cənubdan irəliləyən birliklər birinci mərhələdə şəhəri mühasirəyə alacaq. İkinci mərhələdə terrorçuların mövqeləri bombardman ediləcək.
Sonuncu mərhələdə isə Türkiyə Silahlı Qüvvələrinin xüsusi təyinatlıları, Jandarma Xüsusi Hərəkat və Polis Xüsusi Hərəkat birlikləri şəhər döyüşlərinə başlayaraq Afrinin mərkəzində əməliyyatın final mərhələsini həyata keçirəcək.
Ömər Dağlı
-
Nida Xəbər 10:47
Ermənilər Azərbaycanın nəzarətinə keçəcək körpünü tutdular
-
ABŞ10:17
Arxeoloqlar ABŞ-ın ilk prezidentinin içki anbarını tapdılar: Görün nə içirmiş - FOTO
-
Region09:06
I Aram Ərdoğana cavab verdi: Unutmayın ki...
-
Nəqliyyat08:32
Bu yollarda tıxac var - SİYAHI
-
MDB08:17
Generalın və ailəsinin əmlaklarının üzərinə həbs qoyuldu
-
ABŞ08:05
Rusiya nüvə başlığı daşıya bilən peyk hazırlayır - ABŞ
-
Nida Xəbər 07:50
Peter Siyartonun Azərbaycana rəsmi səfəri başladı
-
Sağlamlıq07:10
Yabanı halda bitən bu bitki xərçəng hüceyrələrini 48 saatda məhv edir!