Kim Çen İn ABŞ prezidentindən nə istəyəcək? - ŞƏRH
Bizi izləyin

Dünya

Kim Çen İn ABŞ prezidentindən nə istəyəcək? - ŞƏRH

ABŞ Prezidenti Donald Tramp və Koreya Xalq Demokratik Respublikasının (KXDR) lideri Kim Çen Inın may ayınadək görüşə biləcəyi barədə xəbər bir anda dünya KİV-inin gündəminə çevrildi. Görüşün mümkünlüyü barədə açıqlamanı Cənubi Koreyanın milli təhlükəsizlik üzrə müşaviri Çon In Yön ABŞ rəsmiləri ilə görüşdükdən sonra Ağ Evdə verib.

O bildirib ki, Kim Çen Trampa göndərdiyi məktubunda Koreya yarımadasının nüvə silahsızlaşdırılması məsələsini müzakirə etmək üçün görüşmək istədiyini yazıb: “Tramp KXDR liderinin dəvətini qəbul edərək, tezliklə onunla görüşməyə razı olduğunu bildirib”.

Ağ Evin mətbuat katibi Sara Sanders ABŞ Prezidenti Donald Trampın Şimali Koreya lideri Kim Çen İnlə görüşməyə hazır olduğunu təsdiqləyib.

“Tramp Kim Çen İnin görüş təklifini qəbul edir. Biz Şimali Koreyanın nüvəsizləşməsini səbirsizliklə gözləyirik”, - Sanders açıqlamasında deyib.

Publika.az xəbər verir ki, “Rossiya Today” telekanalına açıqlama verən Rusiya Elmlər Akademiyasının Uzaq Şərq İnstitutunun Koreya Tədqiqatları Mərkəzinin aparıcı elmi işçisi Yevgeni Kim Amerika və KXDR liderlərinin görüşə razılıq verməsi haqqında xəbərləri şərh edib.

Ekspertin sözlərinə görə, KXDR danışıqlarının gedişatında təkid edəcək ki, Amerika atom sualtı gəmiləri, təyyarədaşıyanlar və strateji bombardmançılar Koreya yarımadasına yaxın ərazilərdə görünməsin, həmçinin Şimali Koreyaya qarşı aqressiv siyasətdən imtina üzrə zəmanətləri almaq istəyəcək.

“Görüş nəticəsində, ola bilər ki, ABŞ Şimali Koreyanın sərhədlərində operativ planın reallaşdırılması üzrə təlimləri bir müddət dayandıracaq və Şimali Koreyalılar nüvə sınaqlarını dayandıracaqlar”, - o deyib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm