Polis olduqlarını deyən 4 nəfər azərbaycanlı qadına təcavüz etdi
Bizi izləyin

Dünya

Polis olduqlarını deyən 4 nəfər azərbaycanlı qadına təcavüz etdi

Özlərini polis kimi təqdim edən 4 nəfər qadınlara təcavüz edib.

Publika.az xəbər verir ki, dəhşətli hadisə Türkiyənin Kocaeli əyalətinin Gebze ərazisində baş verib. Məlumata görə, 4 nəfər bölgədə özlərini polis kimi təqdim edərək qadınları qaçırıb təcavüz edərək onları təhdid ediblər.

Verilən məlumatlara görə, özlərini polis kimi tanıdan şəxslərin qaçırdıqları qadınların içərisində əslən azərbaycanlı olan 24 yaşlı R.İradə də olub. Qadınlar polisə şikayətlərində onları polis bölməsinə aparacaqlarını deyən şəxslər, köhnə atılmış bir zavoda gətiriblər. Daha sonra isə əllərini və qollarını bağlayaraq saatlarca təcavüz ediblər.

Silahlı şəxslər daha sonra qadınları təhdid edib. Qadınlar təhdidlərə rəğmən hadisə haqqında polisə məlumat veriblər.

Araşdırma nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 4 nəfər saxlanılıb. Onların üzərindən qadınlara məxsus zinət əşyaları və mobil telefonlar aşkarlanaraq götürülüb.

Faktla bağlı cinayət işi başladılıb.

Bella

Oxumağa davam et
Reklam
Reklam

Gündəm