"Başaran Holdinq"ə məxsus təyyarə qəzası ilə bağlı SON XƏBƏR - FOTOLAR - (YENİLƏNDİ)
Bizi izləyin

Dünya

"Başaran Holdinq"ə məxsus təyyarə qəzası ilə bağlı SON XƏBƏR - FOTOLAR - (YENİLƏNDİ)

İranın Çaharmahal və Bəxtiyarı əyalətində qəzaya uğrayan "Başaran Holdinq"ə məxsus xüsusi təyyarədə həlak olanlardan 8 nəfərin cəsədinin kimliyi müəyyən edilib. Cəsədlərdən ikisi tamamilə yandığından kimliyini müəyyənləşdirmək mümkün olmayıb. 1 nəfərin isə meyiti axtarılır.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir kİ. təyyarənin qara qutusunun İranın Kiyar bölgəsində Elen Dağının ətrafında tapıldığı bildirilib.

"Başaran Holding"in sahibi Hüseyin Başaranın qızı Mina Başaranın "Metgraf Matbaacılık"ın sahibi Murat Gezerlə yaxın günlərdə ailə qurmağa hazırlaşdığı söylənilir. Mina Başaran rəfiqələri ilə subaylığa vida partisindən qayıdırmış. Onun gələn ay toyu olacaqdı.

Qeyd edək ki, BƏƏ-nin Şarja şəhərindən İstanbula qayıdan təyyarədə 2 qadın pilot, 1 stüardessa və 8 sərnişin olub. Qəza nəticəsində sağ qalan olmayıb.

***

Məşhur alt paltarı markası "Lily and Rose" şirkətinin yaradıcısı Liana Hananel də qəzaya uğrayan təyyarədə həyatını itirib.

"Milliyət" qəzetinin məlumatına görə, təyyarə iş adamı Hüseyn Başaranın qızı Mina Başaranı və 7 rəfiqəsini Dubaydan İstanbula gətirirmiş. Bildirilir ki, onlar Dubaya "Subaylığa vida partisi"ndə iştirak üçün gediblərmiş.

***

Türkiyəyə məxsus şəxsi təyyarə bazar günü İranın qərbində qəzaya uğrayıb.

Publika.az "Reuters"ə istinadən xəbər verir ki, bu barədə yerli "PressTV" telekanalı məlumat yayıb.

Təyyarənin BƏƏ-nin Şarja şəhərindən İstanbula uçduğu bildirilir.

Qəza zamanı 11 nəfərin həyatını itirdiyi bildirilir.

Hadisə yerinə xilasedicilər cəlb olunub.

Könül

Oxumağa davam et
Reklam
Reklam

Gündəm