Türkiyəyə məxsus təyyarənin qəzaya uğramasının səbəbi açıqlandı
Bizi izləyin

Dünya

Türkiyəyə məxsus təyyarənin qəzaya uğramasının səbəbi açıqlandı

Türkiyənin "Başaran Holding"inə məxsus təyyarənin qəzaya uğramasının səbəbi mühərrikin alışması olub.

APA-nın xəbərinə görə, bu barədə ISNA -ya İran FHN-nin nümayəndəsi Moctabu Xalidi bildirib.

"Təyyarə mühərrikin alışması səbəbindən qəzaya uğrayıb. Yerli sakinlər təyyarənin düşməsinin şahidi olublar. Alovlanan təyyarənin yerə çrpılmasını bir neçə şəxs müşahidə edib. İranın Mülki Aviasiya Təşkilatı insidenti araşdırır.

Məlumata görə, hadisə yerində yanğın hələ sondürülməyib.

Xilasedicilərin dağlıq ərazidə baş vermiş hadisə yerinə çatdığı bildirilir.

Qeyd edək ki, bu gün Birləşmiş Ərəb Əmirliklərindən İstanbula uçan təyyarə Tehranın cənubunda, Şahrekord şəhəri yaxınlığında qəzaya uğrayıb. Dağlıq əraziyə düşən təyyarə yerə çırpılaraq yanmağa başlayıb. "Reuters" agentliyi təyyarədə 3 heyət üzvü və 8 sərnişin olmaqla, 11 nəfər olduğu və qəzada onların hamısının həyatını itirdiyi barədə məlumat yayıb.

Qeyd edək ki, təyyarədə olanlar arasında "Başaran Holding"in rəhbəri Hüseyn Başaranın qızının da olduğu bildirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm