Qadınların 17,3 faizi... - Ermənistan postsovet məkanında BİABIRÇI YERDƏ
Bizi izləyin

Dünya

Qadınların 17,3 faizi... - Ermənistan postsovet məkanında BİABIRÇI YERDƏ

Ermənistanda 25 yaşdan yuxarı əmək fəaliyyətinə yararlı qadınların 17,3 faizi iş tapa bilmir.

Publika.az xəbər verir ki, bu haqda Beynəlxalq Əmək Təşkilatının hesabatında deyilir.

Bu, postsovet məkanında qadınlar arasında işsizliyin ən yüksək səviyyəsidir. Müqayisə üçün deyək ki, postsovet ölkələrinin siyahısında ikinci yerdə olan Latviyada qadınların yalnız 8,6 faizi işsizlik problemi ilə rastlaşır.

Qonşu Gürcüstanda işsiz qadınlar 7,7, Azərbayanda isə 4,8 faiz təşkil edirlər

Qeyd edək ki, Ermənistanın rəsmi statistikası də həmçinin həyəcanlıdır. 2017-ci ildə Milli Statistika Xidməti tərəfindən dərc edilmiş son məlumatlara əsasən, Ermənistanda rəsmən 76 min 624 işsiz qeydə alınıb və bunun 60 faizindən çoxu, yəni, 50 min 593 nəfəri qadındır.

“Qadınların hüquqlarının müdafiəsinə imkan yaradan əlverişli şərait yoxdur”, - İrəvan Dövlət Universitetinin müəllimi Ani Kodcoyan “Azadlıq” radiosunun erməni xdimətinə deyib.

Onun sözlərinə görə, qanunla bağlı problemlər yoxdur. Müəllim kağızda yazılmış qanun və qanunun tətbiqinin müxtəlif şeylər olduğunu bildirib.

Ermənistanda qadınlar yalnız çətinliklə işə qəbul edilmirlər, həm də xeyli aşağı əmək haqqı alırlar. Ölkədə həyata keçirilmiş çoxsaylı tədqiqatlar göstərir ki, iqtisadiyyatın bütün sektorlarında qadınların orta aylıq əmək haqqı kişilərin orta aylıq əmək haqqından aşağıdır. Baxmayaraq ki, qadınlar öz təhsiliylə kişilərə güzəşt etmirlər.

Beynəlxalq Əmək Təşkilatının məruzəsinə əsasən, qadınlar arasında işsizliyin səviyyəsi bütün dünyada təxminən 6 faiz təşkil edir. Bu, kişilərin işsizlik səviyyəsindən 0,8 faiz yüksəkdir.

Ömər

Oxumağa davam et
Reklam
Reklam

Gündəm