Zooparkda pələng sahibini parçaladı - FOTO/VİDEO (+18)
Bizi izləyin

Dünya

Zooparkda pələng sahibini parçaladı - FOTO/VİDEO (+18)

Çinin Fuican əyalətində dəhşətli hadisə baş verib.

Publika.az xəbər verir ki, ölkənin məşhur zooparklarından birində əhilləşdirilmiş pələng məşq zamanı baxıcılardan birini parçalayaraq öldürüb.

Məlumata görə, sirkdə göstəriləcək yeni nömrələrə hazırlıq məşqləri zamanı balacalığından ona baxıcılıq edən Vu adlı sahibini parçalayan pələngi heç kim sakitləşdirə bilməyib. Pələngin onu bəsləyib, qayğısına qalan sahibinə niyə hücum etməsi araşdırılır.

Zoopark rəhbərliyi pələngin öldürdüyü şəxsin əlində böyümüşdü, o, əhlilləşdirilmişdi, yırtıcı deyildi deyə bəyanat verərək, hadisənin hansı səbəbdən baş verdiyini araşdırdıqlarını deyiblər.

Dəhşətli anların görüntülərini təqdim edirik:

Könül Cəfərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm