Britaniya BMT Təhlükəsizlik Şurasının təcili toplantısını çağırdı – AGENT İŞİ
Bizi izləyin

Dünya

Britaniya BMT Təhlükəsizlik Şurasının təcili toplantısını çağırdı – AGENT İŞİ

Böyük Britaniya Rusiyanın Baş Kəşfiyyat İdarəsinin (QRU) sabiq polkovnik Sergey Skripalın zəhərlənməsi işi üzrə BMT Təhlükəsizlik Şurasının təcili toplantısını çağırıb.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda Böyük Britaniyanın Xarici İşlər Nazirliyinin xəbərində deyilir.

Xatırladaq ki, martın 5-də Britaniya xüsusi xidmətlərinə casusluqda günahlandırılan və hazırda İngiltərədə yaşayan Sergey Skripal və onun qızı Solsberi şəhərində ticarət mərkəzində naməlum maddədən zəhərlənərək xəstəxanaya yerləşdirilib.

“Sky News” kanalı daha əvvəl bildirmişdi ki, əgər Britaniya müstəntiqləri bu işdə “Kremlin əli”ni aşkar etməyi bacarsalar, bu onsuz da sərin olan Moskva-London münasibətlərinə ciddi zərər verə bilər.

Qeyd edək ki, Rusiya ordusunun polkovniki Böyük Britaniyanın xeyrinə casusluğa görə 2004-cü ildə həbs edilmişdi. Onu xəyanətdə ittiham etdilər: güman edilir ki, Böyük Britaniyanın Xarici Kəşfiyyat Xidməti (MI6) ona Qərbdə işləmiş rus agentlərinin ifşa edilməsinin əvəzində pul ödəyib. İstintaqın nəticələrinə görə, Skripal Britaniya kəşfiyyatı tərəfindən əməkdaşlığa hələ 1995-ci ildə cəlb edilmişdi. Rusiya hakimiyyətinin versiyasına görə, hətta işdən çıxarılandan sonra da sabiq kəşfiyyatçı məxfi məlumatları verməyə davam edirdi. O, məlumatları keçmiş iş yoldaşları vasitəsilə əldə edirdi.

Skripal öz günahını etiraf edib. Bütün rütbələrindən məhrum etməklə onu 13 il azadlıqdan məhrum etdilər.

Amma 2010-cu ildə Skripal Avstriya aeroportunda həyata keçirilən casusların genişmiqyaslı mübadiləsinin iştirakçısı olub. O, ABŞ-da saxlanılmış 4 Rusiya agenti ilə dəyişilmişdi. Skripala Böyük Britaniyaya köçməyə icazə verdilər. 66 yaşlı rusiyalı bazar gününə qədər sakit həyat tərzi sürürdü.

BBC-nin təhlükəsizlik məsələləri üzrə müşahidəçisi Qordon Korera hesab edir ki, hadisə 2006-cı ildə keçmiş Rusiya agenti Aleksandr Litvinenkonun zəhərlənməsini xatırladır.

Britaniyanın baş naziri Tereza Mey martın 12-də Böyük Britaniya parlamentinin İcmalar palatasında çıxışı zamanı bildirib ki, Sergey Skripalın zəhərlənməsi işi üzrə Rusiyadan iki gün ərzində izahatları gözləyir.

İngilis KİV-inin yazdığına görə, Moskvaya qarşı bir sıra addımların atılması nəzərdən keçirilir. İlk addım ölkədəki rus diplomatlarının deportasiya edilməsi ola bilər. İngiltərə 2006-cı ildə keçmiş rus agenti Aleksandr Litvinenkonun zəhərlənərək öldürülməsindən sonra da eyni addımı atmışdı. İngiltərə həmin vaxt rusiyalı səlahiyyətlilərə viza məhdudiyyətləri də tətbiq etmişdi.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm