- VİDEO" /> - VİDEO" />
    • USD 1,7000 +100,00% EUR 1,9288 +100,00%
    • GBP 2,2567 +100,00% RUB 0,0264 +100,00%

Prezidentliyə namizəd canlı efirdə ağladı - VİDEO

  • Dünya
  • 15 Mart 2018 02:30
  • 1 044 Baxış
Prezidentliyə namizəd canlı efirdə ağladı

Seçicilərə 30 saniyəlik müraciətdən sonra Sobçak, həmkarlarının hər dəfə onun sözünü kəsməyə çalışmalarından hiddətlənib və göz yaşlarına sahib ola bilməyib.

Publika.az xəbər verir ki, Rusiyada prezidentliyə namizəd Kseniya Sobçak “Rossiya 1” telekanalında canlı yayımlanan debatda ağlayıb.

“Bu insanlar burada yalnız mənim sözümü kəsirlər” deyə Sobçak teledebatın aparıcısı Vladimir Sovalyova gileylənib və ona əlavə vaxt ayırmasını tələb edib.

Sobçak ağlayaraq, Liberal Demokratlar partiyasının lideri Vladimir Jirinovskinin ona bir kəlmə belə deməyə imkan vermədiyini, onu təhqir etdiyini diqqətə çatdırıb.

“Siz isə hər dəfə buna imkan verirsiniz” deyə Sobçak aparıcıya irad tutub.

Qriqoriy Yavlinski isə Kseniya Sobçakı müdafiə edərək həmkarlarına teledebatda təhqirə keçməməyə çağırış edib və mübahisəni münaqişəyə çevirməyin əleyhinə olduğunu bildirib. (Aznews.az)

loading...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR
loading...