ABŞ-da qırıcı qəzaya uğradı - Pilotlar öldü (YENİLƏNDİ)
Bizi izləyin

Dünya

ABŞ-da qırıcı qəzaya uğradı - Pilotlar öldü (YENİLƏNDİ)

Florida ştatında hərbi baza yaxınlığında qəzaya uğrayan “F/A-18 Hornet” qırıcı təyyarəsinin iki ekipaj üzvü ölüb.

Bu barədə CBS News xəbər verib.

Bundan əvvəl katapult edən pilotların xəstəxanaya yerləşdirildiyi bildirilirdi. ABŞ Hərbi-Hava Qüvvələrinə məxsus təyyarə təlim uçuşu zamanı qəzaya uğrayıb. Şahidlərin sözlərinə görə, hərbi təyyarə səmada alovlanıb və uçuş-enmə zolağına çatmamış suya düşüb.

Fox News-un məlumatına əsasən, qırıcının qəzaya uğramasına səbəb mühərrikin sıradan çıxması olub.

Faktla bağlı araşdırma aparılır.

***

ABŞ Hərbi-Hava Qüvvələrinə məxsus “F/A-18 Hornet” qırıcı təyyarə Florida ştatı sahillərində qəzaya uğrayıb.

Publika.az xəbər verir ki, pilotlar katapult edə biliblər. Hadisənin səbəbləri barədə hələ ki, məlumat verilmir.

Hazırda hadisə yerində xilasedici əməliyyat davam edir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm