Maydana snayperləri kim gətirmişdi? – ŞOK İDDİA
Bizi izləyin

Dünya

Maydana snayperləri kim gətirmişdi? – ŞOK İDDİA

“Maydan hadisələri zamanı “Ukrayna” mehmanxanasına snayperləri Ali Radanın hazırkı spikeri Andrey Parubiy yerləşdirib”.

Publika.az Strana.ua saytına istinadən xəbər verir ki, bu haqda Ukrayna Ali Radasının üzvü Nadejda Savçenko bildirib.

Onun sözlərinə görə, 2014-cü ildə etiraz aksiyalarının iştirakçıları silahlı idi və təşkilatçılarının razılığı ilə tətbiq edilirdi.

“Mən özüm göy mikroavtobusun gəldiyini və oradan silahlı insanların çıxdığını gördüm. Bu insanlar indi parlamentdədir. Özüm şəxsən Radanın hazırkı spikeri Andrey Parubiyin “Ukrayna” mehmanxanasında snayperləri necə yerləşdirdiyini görmüşəm. Yuri Lutsenko isə ona görə baş prokuror olmalı idi ki, bu cinayətlər heç vaxt araşdırılmasın”, - deputat qeyd edib.

O bildirib ki, Yuri Lutsenko tribunadan hücuma getməyə çağırırdı.

Xatırladaq ki, Maydan hadisələrində iştirak etmiş gürcü snayperləri ötən həftə danışırdılar ki, onlar insanlara atəş açmaq əmrini Ali Radanın milli təhlükəsizlik və müdafiə məsələləri üzrə indiki başçısı Sergey Paşinskidən alıblar.

Həftənin əvvəlində Ukrayna Təhlükəsizlik Xidməti “Zabit korpusu” Mərkəzinin rəhbəri Vladimir Rubanın işi üzrə dindirilməsi üçün Savçenkonu çağırıb. O, Kiyevdə terror hücumlarının planlaşdırılmasında şübhəli bilinir. Baş prokuror bildirib ki, Savçenkonun toxunulmazlığının ləğvi, saxlanılması və həbsi haqqında parlamentə müraciət edəcək. Onun sözlərinə görə, istintaqda Savçenkonun Ali Radada terror aktına hazırlıqla bağlı təkzibedilməz sübutlar var.

Bu gün deputat Ukrayna Təhlükəsizlik Xidmətinə gəlib.

Daha əvvəl Strana.ua saytı güc strukturlarındakı mənbələrə istinadən bildirib ki, Ukrayna hakimiyyəti Savçenkonu hərbi çevrilişə hazırlıqda ittiham edə bilər.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm