ABŞ azərbaycanlını "qara siyahı"ya saldı - ŞOK DETALLAR
Bizi izləyin

Dünya

ABŞ azərbaycanlını "qara siyahı"ya saldı - ŞOK DETALLAR

ABŞ Maliyyə Nazirliyi Rusiyaya qarşı sanksiyaları genişləndirib.

Publika.az “Röyters” agentliyinə istinadən xəbər verir ki, bu haqda idarənin xəbərində deyilir.

Sanksiyalar siyahısına ABŞ-dakı prezident seçkilərinə müdaxilədə ittiham edilmiş şəxslər və şirkətlər düşüb.

Sanksiyalar siyahısına 19 fiziki və 5 hüquqi şəxs daxil edilib.

Daha əvvəl ABŞ-da seçkilərə müdaxiləyə görə ittihamlar irəli sürülən Mixail Burçik, Mixail Bistrov, Aleksandr Krılov, Anna Boqaçeva, Mariya Bovda, Robert Bovda, Ceyhun Aslanov, Vadim Podkopayev, Qleb Vasilçenko, İrina Kaverzina, Sergey Polozov və Vladimir siyahıya düşüb.

Qeyd edək ki, Rusiyanın ABŞ-dakı prezident seçkilərinə müdaxiləsinə dair üzrə ötən ilin oktyabrında ortaya çıxan dəlillərə əsasən bu əməliyyatda sosial şəbəkələrdən də geniş istifadə edilib. Rusiya xüsusi xidmət orqanlarına bağlı trollar Feysbuk, İnstagram və Tvitter-də çoxsaylı qruplar yaradaraq ABŞ-dakı seçki kampaniyasında demokratların əleyhinə təbliğat aparıblar.

Rusiya xüsusi xidmət orqanlarının ABŞ seçkilərinə Trampın xeyrinə müdaxilə zamanı sosial şəbəkələrdən də istifadə etməsini xüsusi prokuror Robert Müllerin komandası və Konqresin xüsusi komissiyası araşdırır. RBK jurnalının araşdırmasına əsasən Amerika seçkilərinə müdaxilə edən trollara rəhbərlik edən azərbaycanlı Ceyhun Osmanovdur.

RBK-nın araşdırması nəticəsində Feysbuk, İnstagram və Tvitter-də ABŞ seçkilərində kampaniya aparan 118 qrup aşkar edilib. Həmin qrupların hamısı 2017-ci ilin avqust-sentyabr aylarında Rusiyanın seçkilərə müdaxiləsinə dair təhqiqat çərçivəsində bloklanıb. Məlum olub ki, sosial şəbəkələrdəki həmin səhifələr və qruplar Sankt-Peterburqun Savuşkin küçəsi, 55 nömrəli evdən idarə olunub. Həmin evdə Rusiya xüsusi xidmət orqanlarının “trollar fabriki” yerləşir. RBK həmin “fabrikin” administrator panellərinin skrinşotlarını əldə edib və oradan həmin qrupun Amerika seçkilərində necə qara piarla məşğul olduğu görünür.

Qrup əsasən Amerikada irqi ayrı-seçkilik problemini qabardıb, habelə qeyri-leqal miqrasiya, silahlara nəzarət və Texasın suverenliyi kimi demokratların əleyhinə olan amma respublikaçı elektorata xoş gələn mövzularda təbliğat aparıb. "Fabrik” təkcə siyasi etiraz aksiyaları təşkil etməyib. “BlackFist” qrupu vasitəsilə onlar gündəlik pulsuz müdafiə kursları təşkil ediblər. Maraqlıdır ki, bu kurslar qaradərili əhali üçün nəzərdə tutulub. 4 şəhərdə təşkil olunan kursun məşqçilərindən biri “PayPal” və “Quql” vasitəsilə 300 min dollar alıb.

Amerika seçkilərinə müdaxiləyə hazırlıq 2015-ci ilin yazından başlayıb. Bunu “fabrikin” keçmiş əməkdaşı deyib. Əvvəlcə qrupda 30 adam işləyib, lakin 2016-cı ilin yayında ştat sayı 80-90 nəfərə çatdırılıb. Trollar gecə növbəsində də işləyiblər, amerikalılar isə bu qruplarda qurama xəbərlər paylaşanların okeanın o tayında yerləşdiyindən xəbərsiz olublar.

Həmin binada yerləşən “trollar fabriki”nin “Amerika şöbəsinə” 27 yaşlı Azərbaycan sakini Ceyhun Aslanov rəhbərlik edib. Aslanov Sankt-Peterburqa 2000-ci illərin sonunda İrkutsk vilayətindən gəlib, Hidrometerolgiya İnstitutunda iqtisadçı ixtisası üzrə oxuyur. Təhsil müddətində bir neçə ay ABŞ-da yaşayıb, Londonda olub. Aslanov özü isə “trollar fabriki” ilə hər hansı əlaqəsini inkar edib.

RBK-nın araşdırmasına görə, trolların illik maaş büdcəsi 1 milyon dollar olub. Burada çalışan şəxslərin maaşı 55 min rubl təşkil edib. Hesabları işlədən “trol”ların administratorlarına 80-90 min rubl maaş verilib. Vəsaitin xeyli hissəsi Feysbuk reklamlarına xərclənib. Sosial şəbəkələrdə fəaliyyət üçün isə ümumi büdcə aylıq 5 min dollar təşkil edib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm