Separatçıların hərbi texnika karvanı məhv edilib
Bizi izləyin

Dünya

Separatçıların hərbi texnika karvanı məhv edilib

Separatçıların hərbi texnika karvanı məhv edilib

Ukrayna Silahlı Qüvvələrinin aviasiyası bu gecə Luqansk vilayətində separatçıların mövqelərinə hava zərbələri endirib.

Publika.az-ın unian.net saytına istinadən verdiyi məlumata görə, bu barədə Hərbi-siyasi Tədqiqatlar Mərkəzinin rəhbəri, “İnformasiya müqaviməti” qrupunun koordinatoru Dmitri Tımçuk “facebook” səhifəsində yazıb.

Onun məlumatına görə, aviazərbələr nəticəsində separatçıların 2 hərbi bazası, 3 yük maşını və 1 zirehli texnikası (BTR) məhv edilib. Hərbi ekspert yük maşınlarında 12,7 kalibrli “Utes” pulemyotlarının olduğunu qeyd edib.

“Həmçinin 10 yük maşını və bir zirehli maşının Rusiyadan Ukrayna ərazisinə keçmək cəhdinin qarşısı alınıb. Təlaşa düşən separatçılar Rusiya Federasiyası ərazisinə geri çəkilməyə məcbur olub”, – Tımçuk yazıb.

Xatırladaq ki, dünən Ukrayna daxili işlər naziri Arsen Avakovun məsləhətçisi Anton Qeraşenko Rusiyadan Ukraynaya keçməyə cəhd edən hərbi texnika karvanlarının havadan endirilən zərbələrlə məhv ediləcəyi barədə xəbərdarlıq etmişdi.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm