Saakaşvili Krımı qaytaracağına söz verdi
Bizi izləyin

Dünya

Saakaşvili Krımı qaytaracağına söz verdi

Gürcüstanın sabiq prezidenti, Ukraynanın Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvili ukraynalılara Krımı qaytaracağına söz verib.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda “NewsOne” telekanalı bildirib.

Ukrayna prezidenti Pyotr Poroşenkonun istefası tələbi ilə mitinqin keçirilməsi zamanı Saakaşvili öz tərəfdarlarına müraciət edib.

“Sizi salamlayıram, Kiyev! Biz Maydanı qaytardıq, biz Krımı da qaytaracağıq”, - siyasətçi deyib.

Onun sözlərinə görə, ukraynalılar rejimin köməkçilərinə müqavimətini göstərməlidir.

Qeyd edək ki, Saakaşvilinin tərəfdarları Ukrayna prezidentinin istefası tələbi ilə aksiya keçiriblər. Fevralda hakimiyyət Saakaşvilini Polşaya deportasiya edib. Keçmiş qubernator daha sonra Niderlanda gələrək şəxsiyyət vəsiqəsi, həmçinin Avropa İttifaqında yaşamaq və işləmək hüququ əldə edib. Ukraynanın sərhəd xidməti onun 2021-ci ilə qədər ölkəyə girişinə qadağa qoyub.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm