Tramp Putinlə görüşmək niyyətindədir
Bizi izləyin

Dünya

Tramp Putinlə görüşmək niyyətindədir

ABŞ prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putinlə görüşmək niyyətində olduğunu bildirib.

Publika.az xəbər verir ki, D.Tramp bu barədə Səudiyyə Ərəbistanının vəliəhdi şahzadə Məhəmməd ibn Salmanla görüşündə bildirib. Onun sözlərinə görə, ABŞ və Rusiya arasında silahlanma yarışı, habelə Ukrayna, Suriya və Şimali Koreyadakı vəziyyəti müzakirə etmək məqsədi ilə tezliklə V.Putinlə görüşmək niyyətindədir.

ABŞ prezidenti silahlanma yarışının artıq nəzarətdən çıxdığını qeyd edib.

“Biz heç kimə heç vaxt malik olduqlarımıza yaxınlaşmağa belə imkan verməyəcəyik”, - deyə D.Tramp vurğulayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm