Dünya
Parlamentdə gözyaşardıcı qaz püskürdüldü
Bu gün Kosova parlamentində Çernoqoriya ilə dövlət sərhədi ilə bağlı sazişin təsdiq edilməsi məsələsi müzakirə olunarkən radikal müxalif deputatlar gözyaşardıcı qaz püskürdüblər.
APA-nın məlumatına görə, bu barədə Kosova Televiziyası məlumat yayıb.
Müxalif deputatların məqsədi 2015-ci ildə imzalanmış sazişin təsdiqlənməsinə mane olmaq olub. Nəticədə deputatlar iclas zalını tərk edib, gözyaşardıcı qazın təsirinin azalmasını gözləməli olublar.
Qeyd edək ki, Kosova parlamentində Çernoqoriya ilə dövlət sərhədi ilə bağlı sazişin təsdiq edilməsi üçün 120 deputatdan 80-nin sazişin lehinə səs verməsi lazımdır. Fevral ayında yetərsay olmadığı üçün parlamentin iclası baş tutmayıb.
Avropa Komissiyasının sədri Jan-Klod Yunker fevralın sonunda Kosova parlamentini sazişi ratifikasiya verməyə çağırıb. Brüssel kosovalılar üçün viza rejiminin liberallaşdırılması üçün Çernoqoriya ilə dövlət sərhədi ilə bağlı sazişin ratifikasiyasını vacib sayır.
-
İdman03:18
“Mançester Yunayted”in ən seksual azarkeşi - FOTOLAR
-
İdman01:45
Məşhur kluba ağır cəza - 18 xalı silindi
-
Sosial01:01
Azərbaycana qaytarılan dörd kəndin sakinləri DANIŞDILAR - VİDEO
-
Qoroskop00:31
Günün qoroskopu: köklü yeniliklər başlanır
-
Magazin119 Aprel 23:15
Nazpəri illər sonra İlhamə Quliyeva ilə küsülü olmasının səbəbini açıqladı - VİDEO
-
Hadisə19 Aprel 22:48
Bakı metrosunda OLAY
-
Nida Xəbər 19 Aprel 22:24
4 kənd qayıtdı - Növbəti mərhələdə nə var?
-
Dünya19 Aprel 22:12
Ukrayna Rusiyanın hərbi obyektlərini vura bilər - NATO-dan TAM DƏSTƏK