Sarkoziyə qarşı ittiham irəli sürüldü - YENİLƏNDİ
Bizi izləyin

Dünya

Sarkoziyə qarşı ittiham irəli sürüldü - YENİLƏNDİ

İstintaq orqanları tərəfindən Fransanın sabiq prezidenti Nikolya Sarkoziyə qarşı ittiham irəli sürülüb.

Bu barədə “Le Monde” xəbər verib. Məlumata əsasən, keçmiş dövlət başçısı korrupsiya və Liviyaya məxsus dövlət vəsaitlərinin gizlədilməsində ittiham edilib. Dindirilmədən sonra sərbəst buraxılan N.Sarkozi polis nəzarəti altında qalacaq. Eks-prezident ona qarşı irəli sürülən bütün ittihamları rədd edib.

***

Ötən gün hüquq-mühafizə orqanları tətəfindən saxlanılan Fransanın sabiq prezidenti Nikolya Sarkozi bu axşam sərbəst buraxılıb.

Publika.az xəbər verir ki, sabiq dövlət başçısının dindirilməsi ümümilikdə 25 saat davam edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm