PKK-nın yeraltı xəstəxanası aşkarlandı - ABŞ istehsalı vasitələr, rentgen aparatı...
Bizi izləyin

Dünya

PKK-nın yeraltı xəstəxanası aşkarlandı - ABŞ istehsalı vasitələr, rentgen aparatı...

“Zeytun budağı” hərəkatı ilə Afrin şəhərini PKK/PYD terror təşkilatından təmizləyən Türkiyə Silahlı Qüvvələri şəhər mərkəzində yeraltı xəstəxana aşkar edib.

Publika.az xəbər verir ki, xəstəxanaya yerin altında çəkilən 50 metr uzunluğundakı tunellə keçmək mümkündür.

Xəstəxananın sığınacağında düzəldilən xüsusi bölümdə “Zeytun budağı” hərəkatı zamanı yaralanan terrorçuların müalicəsi aparılıb.

Burada rentgen aparatı ilə yanaşı, Amerika istehsalı olan ilkin təcili tibbi yardım vasitələri də tapılıb.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm