4 ölkədən ŞOK QƏRAR - Rusiya diplomatları nazirliyə çağırıldı - (YENİLƏNDİ)
Bizi izləyin

Dünya

4 ölkədən ŞOK QƏRAR - Rusiya diplomatları nazirliyə çağırıldı - (YENİLƏNDİ)

Litva, Latviya, Poşa və Estoniyanın Xarici İşlər Nazirliyi Rusiyanın ölkələrindəki diplomatik təmsilçilərinə çağırış göndərmə səbəbi bəlli olub.

Publika.az-ın məlumatına görə, bu barədə Rusiyanın Polşadakı səfiri Sergey Andreyev məlumat verib.

Səfir bildirib ki, Varşava rus diplomatları ölkədən deportasiya edəcək: “Artıq qərar verilib. Polşa tərəfi ətraflı bilgi verəcək”.

Bu addımın İngiltərənin ölkə kəşfiyyatına bilgi satan sabiq rus agent Sergey Skripal və qızının zəhərlənməsi ilə bağlı Moskvaya qarşı ittihamlar irəli sürdüyündən sonra atılması diqqət çəkir.

Qeyd edək ki, İngiltərə bu ittihamlardan sonra 23 Rusiya diplomatını ölkədən deportasiya etmişdi.

***

Litva, Latviya, Poşa və Estoniyanın Xarici İşlər Nazirliyi Rusiyanın ölkələrindəki diplomatik təmsilçilərinə çağırış göndərib.

Publika.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.

Çağırışın hansı məqsədlə edildiyi hələ ki məlum deyil.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm