Putin Kemerovo şəhərinə getdi
Bizi izləyin

Dünya

Putin Kemerovo şəhərinə getdi

Rusiya prezidenti Vladimir Putin 60-dan çox insanın həlak olduğu yanğının baş verdiyi "Zimnaya vişnya" ("Qış albalısı") ticarət-əyləncə mərkəzinin yerləşdiyi Kemerovo şəhərinə gedib.

"Report" xəbər verir ki, bu barədə "Qazeta.ru" "Qovorit Moskva" radiostansiyasının hadisə yerində olan əməkdaşına istinadən məlumat yayıb.

Radiostansiyanın məlumatına görə, Putinin əraziyə gəlişindən sonra yanğının baş verdiyi yer əhatəyə alınıb.

Qeyd edək ki, ötən gün Kemerovo şəhərində yerləşən "Zimnyaya vişnya" ("Qış albalısı") ticarət-əyləncə mərkəzində baş vermiş güclü yanğın nəticəsində 64 nəfər ölüb. Yanğınla əlaqədar 44 nəfər tibb müəssisələrinə müraciət edib, onlardan 10 nəfər xəstəxanadadır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm