Anadan amansız cinayət - 6 yaşlı qızına əvvəl zəhər verdi, sonra çəkiclə...
Bizi izləyin

Dünya

Anadan amansız cinayət - 6 yaşlı qızına əvvəl zəhər verdi, sonra çəkiclə...

Ana 6 yaşlı qızını amansızcasına öldürdü.

Publika.az xəbər verir ki, Ukraynanın Kosovskom vilayətində yaşayan və ciddi psixoloji problemləri olan 32 yaşlı qadın xəstəxanadan evə qayıtdıqdan sonra ilk dəfə qızı ilə tək qalıb. Həyat yoldaşı işə getdikdən sonra qızını öldürmək qərarına gələn qadın əvvəlcə qızından nə istədiyini soruşub. Uşağın süd istəməsinin ardından qadın südün içərisinə müxtəlif dərman preparatları qataraq əvvəlcə onu zəhərləmək qərarına gəlib. Daha sonra isə fikrindən daşınıb. Uşağa süd verən qadın amansız cinayətini reallaşdırmaq üçün çəkic götürərək qızın yanına gəlib.

32 yaşlı qadın 6 yaşlı qızının baş nahiyyəsindən çəkiclə zərbə endirib. Uşaq huşunu itirərək yerə yıxılıb. Bundan istifadə edən qadın amansızcasına bədənin həyati əhəmiyyətli nöqtələrinə çəkiclə çoxsaylı zərbələr endirib. Uşaq açıq kəllə beyin travması alıb. Bununla yetinməyən qadın uşağın qollarını, ayaqlarını sındırıb. Cəsədi evdə qoyaraq qaçan qadın polislər tərəfindən saxlanılıb.

O, törətdiyi cinayəti etiraf edib. Ruhi vıziyyətinin yerində olmadığını görən polis qadın psixi disbanserə göndərib. Faktla bağlı cinayət işi açılıb.

Məhkəmə qərarından sonra qadının taleyi haqqında yekun məlumat veriləcək.

Könül Cəfərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm