Rusiyanın bunu etməsinə imkan verilməyəcək - Latviya
Bizi izləyin

Dünya

Rusiyanın bunu etməsinə imkan verilməyəcək - Latviya

Latviya Rusiyanın “Pasxa”nı korlamasına imkan verməyəcək.

Axar.az xəbər verir ki, bu sözləri Avropa Parlamentinin Latviyadan olan millət vəkili Artis Pabriks deyib.

“Rusiyanın hərbi təlimlərindən qorxmayacağıq. Müşahidə aparacağıq, özümüzə, dövlətimizə və azadlığımıza həssas və inamlı olaraq qalacağıq. Baltik dənizində ani raket təlimləri zamanı Latviya, İsveç və Polşaya dəyəcək iqtisadi zərərin hesablanması yaxşı olardı. Əgər siz hərbi təlimlər keçirmək istəyirsinizsə, bunu öz ərazinizdə etməyi yoxlayın”, - millət vəkili bildirib.

Qeyd edək ki, Rusiya Baltik dənizində 4-6 aprel tarixlərində hərbi təlimlər keçirəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm