Ərdoğanla Putin 20 milyard dollarlıq layihəyə xeyir-dua verəcək
Bizi izləyin

Dünya

Ərdoğanla Putin 20 milyard dollarlıq layihəyə xeyir-dua verəcək

Türkiyənin Atom enerjisi üzrə agentliyi "Akkuyu" AES-in birinci blokunun tikintisi üçün lisenziya verib.

Publika.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, "Rosatom"un reallaşdırdığı stansiya layihəsi Türkiyədə qəbul olunan bütün tələblərə cavab verir.

Stansiyanın təməlatma mərasimi Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya prezidenti Vladimir Putinin iştirakı ilə olacaq. Bu barədə Ərdoğan rəsmi "Tvitter" səhifəsində yazıb.

Qeyd edək ki, "Akkuyu" AES 4 enerji blokunun tikintisini nəzərdə tutur. Hər blokun gücü 1200 MVt təşkil edəcək. Layihənin dəyəri 20 milyard dollar təşkil edir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm